ABŞ-da 13 uşağını əsir saxlayan valideynlər həbs olundu

OXUNUB: 488 DÜNYA

Kaliforniyada 13 uşağını əsir saxlayan valideynlər həbs olunub.

 Bu barədə BBC ABŞ mətbuatına istinadən məlumat yayıb.

57 yaşlı  Devid Alen Törpin və onun 49 yaşlı həyat yoldaşı Luiza Anna Törpinə qarşı bir sıra maddələr, o cümlədən işgəncə və uşaqların həyatını təhlükəyə salma maddəsilə cinayət işi açılıb.

Məlumata görə, Los-Anceles şəhərinin cənub-şərq rayonunda yerləşən Perris qəsəbəsində cütlüyün qaldığı evdə hüquq-mühafizə orqanları əməkdaşları yaşları 2-dən 29-a kimi olan 13 nəfərin acınacaqlı şəraitdə saxlandığını aşkarlayıb.

Polis rəsmiləri bildirib ki, qurbanlar arasında olan azyaşlıların bir çoxu  çarpayılarına qandanlanmış vəziyyətdə olub və natəmiz otaq şəraitində saxlanılıb. Valideynlər uşaqlarını nə səbəbə uzun müddət otaqlarda təcrid etdiklərinə dair məntiqli izahat verə bilməyib.

Evdə əsir kimi saxlanılan övladların çoxunun yetkinlik yaşına çatmış (18-29 yaşları arasında) gənclər olması, ümumiyyətlə, polis zabitlərini çaş-baş qoyub.  

"Zərərçəkənlər  natamam qidalanmadan əziyyət çəkib və üst-başları natəmiz olub”, – deyə polis zabiti bildirib.

Azad edilən qurbanların yerli xəstəxanaya təxliyyə olunduğu bildirilir.

Məlumata əsasən, zərərçəkənlərdən biri  bazar günü "təcridxanaya” çevrilmiş otaqdan qaçmağa macal taparaq, evdə tapdığı mobil telefonla 911 təcili yardım nömrəsinə zəng edib./oxu

 

İcmal.Az

RƏYLƏR