ABŞ-da 4 yaşlı uşaq 2 yaşlı körpə qardaşını güllələyib

OXUNUB: 658 DÜNYA

 ABŞ-da 4 yaşlı uşaq 2 yaşlı körpəni güllələyib.

Bu barədə "ABC 13 News" telekanalı şerifə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Kaliforniya ştatında, Masko şəhərində baş verib. Belə ki, 4 yaşlı uşaq 2 yaşlı qardaşına tapançadan atəş açıb.

Onun evdəki odlu silahı hansı şəraitdə əldə etməsi məlum deyil. Hadisə ilə bağlı əlavə məlumat verilmir.

Faktla bağlı təhqiqat aparılır.  /report

 

İcmal.Az

RƏYLƏR