ABŞ-da iki helikopter toqquşub, ölənlər var

OXUNUB: 579 DÜNYA
ABŞ-ın Texas ştatının səmasında "Robinson R22” tipli iki helikopter toqquşub.
İCMAL.az-ın "Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində iki nəfər ölüb.
Bildirilir ki, hadisə San-Antonio şəhərindən 240 km aralıqda qeydə alınıb. Ölənlərin hər ikisi eyni helikopterdə olub. Digər helikopterdə olan bir nəfər isə xəsarət alıb. Toqquşmasının səbəbləri hələlik məlum deyil. ABŞ-ın Federal Aviasuya İdarəsi insidentin təfərrüatlarını araşdırır.

RƏYLƏR