ABŞ-da kişi dörd nəfəri güllələdi və intihar etdi

OXUNUB: 588 DÜNYA

ABŞ-ın Kentukki ştatında dörd nəfəri güllələyən şəxs intihar edib.

 Bu barədə Conson dairəsinin şerifinin Facebook səhifəsində məlumat verilir.

Polisə dairənin şimalında atışma barədə məlumat daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları iki meyit aşkarlayıblar. Şübhəli şəxs avtomobildə hadisə yerindən qaçıb.

Polis cinayətkarın avtomobili tapanda, orada daha iki cəsədin olduğu məlum olub. Şübhəli şəxs isə intihar edib./oxu

 

İcmal.Az

RƏYLƏR