ABŞ-da məhbus və mühafizəçinin qaçması ölümlə nəticələnib

OXUNUB: 413 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ-da həbsxanadan qaçırdığı məhbusla birlikdə yoxa çıxan mühafizəçi 10 günlük müşahidədən sonra yaralı halda tutulsa da, xəstəxanada dünyasını dəyişib. Qətldə şübhəli bilinən 38 yaşlı Keysi Uayt və 56 yaşlı Viki Uaytın romantik əlaqədə olduqları düşünülürdü. Soyadları oxşar olan cütlük aprelin 29-da Alabama ştatındakı Lauderdale həbsxanasından yoxa çıxıb. Mühafizəçi qadın Keysi Uaytı saxta tibbi müayinə bəhanəsi ilə həbsxanadan çıxarıb. Qaçan cütlük Alabama ştatının İndiana ştatında polis tərəfindən yaxalanıb.

7NEWS.az

RƏYLƏR