ABŞ-da məktəbdə atışma: Ölənlər var

OXUNUB: 550 DÜNYA

ABŞ-ın Texas ştatında məktəbdə baş verən atışma nəticəsində bir polis əməkdaşı ölüb.

İcmal.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, insident San-Markos şəhərində qeydə alınıb.

Naməlum şəxs məktəbin qarşısında atəş açıb. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb edilib. Baş verən atışma zamanı asayiş keşikçilərindən biri aldığı güllə yarasından keçinib. Atəş açan şəxs polis tərəfindən məhv edilib.

İnsidentin səbəbləri müəyyənləşdirilir.

İcmal.Az

RƏYLƏR