ABŞ-da neft ehtiyatlarının azalması “AzeriLight”ın qiymətini bahalaşdırıb

OXUNUB: 954 İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 1 dollardan artıq bahalaşıb.

İcmal.Az xəbər verir ki, "AzeriLight” markalı neftin 1 barelinin dəyəri 1,63 dollar və ya 2,74% artaraq 50,99 dollar təşkil edib.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, Brent markalı neftin qiyməti 50,42, WTI isə 47,54 dollara satılır.

Neftin qiymətinin bahalaşmasına ABŞ-da "qara qızıl” ehtiyatlarının azalması səbəb olub. 

Belə ki, ötən həftə ABŞ-da neft ehtiyatları 5 mln. 247 min barel azalaraq 522 mln. 525 min barel təşkil edib.

İcmal.Az

RƏYLƏR