ABŞ-da onlarla insan dəm qazından zəhərləndi

OXUNUB: 794 DÜNYA

ABŞ-ın Nyu-Cersi ştatının Flanders şəhərində onlarla insan dəm qazından zəhərlənib.

Polis və yanğınsöndürənlər Fennimor Kortda, evdə bir neçə insanın huşunu itirməsi barədə məlumat alıblar. Hadisə yerinə ilk gələn xilasedicilər evdən huşunu itirmiş 8 nəfəri çıxarıblar. Sonra məlum olub ki, zərərçəkənlərin sayı bundan da çoxdur.

Zəhərlənənlərdən 4-ü polis əməkdaşıdır. Bununla yanaşı, xilasetmə işlərində iştirak edən daha 4 polis əməkdaşı da zəhərlənib.

Hazırda dəm qazının mənbəyi müəyyənləşdirilir./report

 

 İcmal.Az

 

RƏYLƏR