ABŞ-da polis əməkdaşları məktəblini öldürüblər

OXUNUB: 965 DÜNYA

ABŞ-ın San Diyeqo şəhərində polis əməkdaşları onlara doğru pnevmatik tapançanı tuşlayan 15 yaşlı yeniyetməni güllələyərək öldürüblər.

Bu barədə "The Sacramento Bee” nəşri məlumat yayıb.

İnsident məktəb yaxınlığında avtomobil duracağında baş verib. Yeniyetmə polis əməkdaşlarının "silahı yerə qoy” əmrinə məhəl qoymayıb.

Polislər yeniyetməyə bir neçə dəfə atəş açıblar, sonra isə ilk tibbi yardım göstəriblər. Yaralı xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb./apa

 

İcmal.Az

RƏYLƏR