ABŞ-da qalmaqallı iddia: "Trampın kürəkəni rus səfirə gizli kanal yaratmağı təklif edib"

OXUNUB: 715 DÜNYA
Dünən ABŞ prezidentinin kürəkəni və müşaviri Cared Kuşnerin FTB-yə ifadə verdiyi xəbəri yayıldı.


Bu gün yayılan məlumata əsasən, Kuşner Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyaka gizli əlaqə kanalı yaratmağı təklif edib. Bu əlaqə Donald Tramp komandası və Kreml arasında əlaqə yaratmaq üçün nəzərdə tutulub.

Bildirilir ki, bu görüş "Trump Tower"də baş tutub. Görüşdə Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçisi Maykl Flinn də iştirak edib.

Xəbərə əsasən, Sergey Kisylay bu təklif qarşısında sarsılıb. Çünki səfirlikdəki Rusiya kommunikasiya sisteminə giriş vermək asan məsələ deyil./olke.az
 
İcmal.Az

RƏYLƏR