ABŞ-da qatar relsdən çıxaraq yanıb

OXUNUB: 557 DÜNYA

ABŞ-da qatar relsdən çıxıb.

Bu barədə "Spectrum News Buffalo" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Vayominq dairəsində baş verib. Xəbərdə bildirilir ki, qatar relsdən çıxandan sonra yanmağa başlayıb.

Qəzaya uğrayan qatarın yük qatarı olduğu bildirilir. Hələlik ölən və ya xəsarət alanların olması barədə məlumat verilmir./report

 

İcmal.Az

 


RƏYLƏR