ABŞ-da şagird 100-ə qədər məktəblini güllələyib – VİDEO + YENİLƏNİB

OXUNUB: 575 DÜNYA

ABŞ-ın Florida ştatında şagirdləri güllələyən şəxsin kimliyi məlum olub.

 Yerli hakimiyyətin nümayəndəsi Robert Ransi bildirib ki, hadisəni məktəbin keçmiş şagirdi törədib.

"Hazırda mən onun adını bilmirəm, amma o bu məktəbdə təhsil alıb” - deyə Robert Ransi əlavə edib.

Onun sözlərinə görə, dəqiq say olmasa da, hadisənin bir neçə qurbanının olduğunu bildirib.

"Hazırda bir düşünmürük ki, bu hadisəni törədən şagird kimlərləsə əlbir olub. Amma araşdırma aparılır”.

01:13

ABŞ-ın Florida ştatının cəbub hissəsində orta məktəblərin birində şagirdləri öldürən şəxs saxlanılıb. 

 Bu barədə Fox News məlumat yayıb.

İlkin məlumata görə, baş vermiş atışmada bir nəfər ölüb, 50 nəfərin isə yaralandığı bildirilir. 

ABŞ prezidenti Donald Tramp, ölənlərin yaxınlarına baş sağlığı verib.

00:55

ABŞ-ın Florida ştatının cəbub hissəsində orta məktəblərin birində baş vermiş atışmada ən azı bir şagirdin öldüyü, 50 nəfər isə yaralandığı bildirilir.

 Bu barədə ABŞ-ın yanğın söndürənləri bildirib.

Polisin verdiyi məlumata əsasən, hadisəni şagirdlərdən biri törədib. Hazırda onun axtarışları aparılır.

00:23

ABŞ-ın Florida ştatının cəbub hissəsində orta məktəblərin birində atışma baş verib.

 Hadisə nəticəsində ən azı 20 nəfər yaralanıb.

CNN telekanalı hadisə yerindən canlı bağlantı yaradıb. Kadrlarda da göründüyü kimi, şagirdlər təlaş içində məktəbdən qaçırlar./oxu

İcmal.Az

RƏYLƏR