ABŞ-da təyyarə evlərin üstünə düşüb – VİDEO

OXUNUB: 899 DÜNYA

Amerikanın Nyu-Cersi ştatında Teterboro aeroportunda eniş zamanı kiçik təyyarə qəzaya uğrayıb. 

İcmal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb. 

Məlumata görə, Filadelfiyadan səmaya qalxan "Learjet 35” (səkkiz sərnişin daşıması üçün nəzərdə tutulur) təyyarəsi uçuş zolağından 400 metr aralıda yaşayış kvartalında qəzaya uğrayıb. Bir neçə bina alışıb. 

Təyyarənin göyərtəsində olan insanların sayı dəqiqləşdirilir. Hadisə yerinə xüsusi xidmət əməkdaşları cəlb edilib. 

İcmal.Az

RƏYLƏR