ABŞ-da təyyarə yaşayış evinə çırpılıb

OXUNUB: 547 DÜNYA

ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində Cessna 172 yüngülmotorlu təyyarəsi yaşayış evinə çırpılıb.

 Aviaqəza zamanı təyyarənin göyərtəsində üç nəfər olub.

Onlardan ikisi kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib, daha biri isə yüngül xəsarətlər alıb.

Qəza zamanı evdə olan 13 nəfərdən heç biri zərər çəkməyib.

Faktla bağlı ABŞ Federal Aviasiya İdarəsində araşdırma aparılır./oxu

İcmal.Az

RƏYLƏR