ABŞ-da Trampın fəaliyyətindən narazı olanların sayı artır

OXUNUB: 617 DÜNYA

ABŞ-da prezident Donald Trampın fəaliyyətindən narazı olanların sayı 56 faizə çatıb.

 Bu qənaətə SSRS sorğu mərkəzi gəlib.

Mərkəzin məlumatına görə, narazı olanların sayı D.Tramp prezident olandan sonra rekord həddə çatıb.

Belə ki, fevralda onun gördüyü işi 44 faiz bəyənib, 53 faizi yox. Aprel ayında bu nisbət 44-54 faiz olub.

Hazırda D.Trampın fəaliyyətindən razı qalanların sayı 38 faizdir.

Bundan əvvəl Gallup sorğu mərkəzinin keçirdiyi sorğu göstərir ki, 17 ştatda amerikalıların yarısından çoxu D.Trampın gördüyü işdən razı qalıb. /oxu

 

İcmal.Az

RƏYLƏR