ABŞ-da yay kottecinin eyvanı uçub: Xəsarət alanlar var

OXUNUB: 1035 DÜNYA

ABŞ-ın Montana ştatında yay kottecinin eyvanının qismən uçması nəticəsində 50-dən çox insan xəsarət alıb.

Bu barədə bazar günü Kalispell şəhərinin tibb mərkəzinin nümayəndələri məlumat yayıb.

Hadisə Leyksayd yaşayış məntəqəsi yaxınlığında yerləşən meşə qəsəbəsində baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır. Xəsarət alanlar arasında uşaqlar və yaşlı insanlar da var.

Eyvanın hansı səbəbdən uçduğu məlum deyil. Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR