ABŞ-da yeni “Tramp böhranı”: Dünyanın ən varlı adamları bir gündə 35 milyard itirdilər

OXUNUB: 30 İQTİSADİYYAT

ABŞ birjalarında son ticarət sessiyası ciddi itkilərlə yadda qalıb.

Prezident Tramp və onun Rusiya ilə əlaqələri mövzusunun yenidən aktuallaşması, impiçment ehtimallarının artması fonunda dollar əsas valyutalara qarşı xeyli ucuzlaşıb. 

Belə ki, avroya nisbətdə son 6, yapon yeninə nisbətdə isə son 3 ayın ən aşağı həddinə düşən dollar digər valyutalar, o cümlədən Azərbaycan manatı qarşısında da geriləyib. 

Asiya bazarlarının bugünkü sessiyasında dollar qismən itirilmiş mövqelərini bərpa etməyə çalışıb. Mühüm regional valyutalardan yalnız Avstraliya dolları müsbət dinamika nümayiş etdirib. Buna səbəb isə bu gün açıqlanan aprel ayında ölkə üzrə işsizlik səviyyəsinin (5,7%) gözləniləndən daha aşağı olmasıdır.  

Qiymətli kağızlar bazarında isə vəziyyət daha acınacaqlı olub. ABŞ-ın başlıca fond indeksləri son 8 ayın minimum həddinə enib. Səhmlərin ucuzlaşması nəticəsində dünyanın ən varlı 500 adamı bir gün ərzində, bütövlükdə 35 milyard dollar itiriblər.

Ən çox itkiyə məruz qalan isə "Facebook”un təsisçisi Mark Zukerberq olub. Şirkət səhmlərinin 3,3% ucuzlaşması onun sərvətinin nə az, nə çox - düz 2 milyard dollar azalmasına səbəb olub. Mənfi tendensiya Asiya fond birjalarının bugünkü ticarət sessiyasında da davam edib. 

Qeyd edək ki, Avropa fond indeksləri də son günü azalma ilə başa vurub. Okeanın o tayındakı siyasi proseslər köhnə qitəyə də öz mənfi təsirini göstərib. 

Əmtəə bazarlarına gəlincə, dünən ABŞ-da xam neft ehtiyatlarının artması haqda məlumatların dərc olunması fonunda, bu gün Asiya ticarət sessiyası başlandıqdan sonra neft və qızılın qiymətlərində ucuzlaşma müşahidə olunur. 

Bakı vaxtı ilə saat 08:30-a olan məlumata əsasən, WTI markalı neftin bir bareli 48,89, Brent markalı neftin bir barreli 52,02, qızılın bir unsiyası isə 1260,72 dollara satılır. 

Səudiyyə Ərəbistanı ilə Rusiya qara qızılın ucuzlaşmasının qarşısını almaq üçün hasilat həcmini nəzarətdə saxlasalar da, ABŞ-da hasilatın sürətlə artması və eləcə də, qlobal miqyasda alternativ enerji mənbələrinə keçid prosesi nəticəsində neftə olan tələbatın azalması qiymətlərin aşağı düşməsinə səbəb olur.  

Valyuta birjaları (17.05.2017 ticarət gününün son qiymətləri)

CütlükAçılışMaksimumMinimumBağlanış

EURUSD - 1.1080, 1.1168, 1.1080, 1.1160
GBPUSD - 1.2914, 1.2988, 1.2905, 1.2972
USDCHF - 0.9858, 0.9858, 0.9773, 0.9784
USDJPY - 113.08, 113.08, 110.54, 110.72

Fond birjaları 

Avropa Fond İndeksləri (17.05.2017)

İndeksGöstəriciDəyişiklikFaiz

FTSE 100    7503.47, -18.56, -0.25
DAX 30    12631.61, -172.92, -1.35
CAC 40     5317.89, -88.21, -1.63

ABŞ Fond İndeksləri (17.05.2017)

İndeksGöstəriciDəyişiklikFaiz

DJIA         20606.93, -372.82, -1.78                
S&P 500      2357.03, -43.64, -1.82
NASDAQ     6011.23, -158.64, -2.57 

Asiya Fond İndeksləri (18.05.2017 Bakı vaxtilə saat 7:30)

İndeksGöstəriciDəyişiklikFaiz

NIKKEI 225      19473.73, -341.15, -1.72
HANG SENG    25215.75, -77.88, -0.31
ASX 200        5708.20, -77.83, - 1.35

Əmtəə birjaları (18.05.2017 Bakı vaxtilə saat 08:30)

ƏmtəəGöstəriciDəyişiklikFaiz

Neft WTI (NYMEX)    48.89,     -018, -0.37    

Neft Brent (ICE)        52.02,     -0.19, -0.36
Təbii qaz (NYMEX)   3.21, +0.01, +0.41
Qızıl                          1260.72, -0.64, -0.05

 İcmal.Az


RƏYLƏR