ABŞ-dan Ermənistana rus silahları ilə bağlı SƏRT XƏBƏRDARLIQ: Qarabağda...

OXUNUB: 718 DÜNYA
ABŞ Ermənistana Rusiyadan silah almamaq haqda xəbərdarlıq edib.

Bu barədə "Aykakan Jamanak” qəzetinə ABŞ-ın İrəvandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, Vaşinqton İrəvana bu məsələ ilə bağlı xəbərdarlıq məktubu ünvanlayıb.

Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, bu, Ermənistan üçün sanksiya təhlükəsini gündəmə gətirir: "Rusiya ilə hərbi sahədə əməkdaşlığın məhdudlaşdırılması bizim ölkəmiz üçün əlavə risklər yaradır, çünki Ermənistanın hərbi-texniki əməkdaşlığı yumşaq desək, diversifikasiya edilməyib. Lakin Azərbaycanda vəziyyət fərqlidir. Çünki Bakı silahı təkcə Rusiyadan yox, müxtəlif ölkələrdən də alır. Bu baxımdan, ABŞ-ın sanksiyalarının Azərbaycana təsiri az olacaq. Nəticə etibarilə, Azərbaycan ordusu güc itirməyəcək, Ermənistan ordusu isə təchizatda ciddi itkilərlə üzləşəcək. Bu da Dağlıq Qarabağ cəbhəsində Azərbaycanın üstünlüyünü daha da artıracaq”.

Erməni şərhçi qızışan ABŞ-Rusiya qarşıdurmasının Ermənistan üçün ağır nəticələrə səbəb ola biləcəyini qeyd edir./publika

İcmal.Az

RƏYLƏR