ABŞ-dan Çinin 11 şirkətinə qarşı sanksiya

OXUNUB: 2132 DÜNYA
ABŞ Sincan Muxtar Bölgəsində uyğur türklərinə qarşı insan haqlarının pozulmasında rolu olduğunu əsas gətirərək Çinin 11 şirkətinə qarşı sanksiya tətbiq edib.
7News.Az xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət naziri Uilbur Ross yazılı açıqlama verib. O, sanksiya tətbiq olunan şirkətlərin "təzyiq, geniş miqyaslı həbslər, zorla işlətmə, biometrik məlumatların icazəsiz toplanması və genetika analizi" kimi bir sıra qanunsuz işlərdə rol oynadıqlarını bildirib:

"Bu gün qəbul etdiyimiz sanksiya qərarı ilə Amerikan malları və texnologiyalarının Çin Kommunist Partiyasının müdafiəsiz müsəlman azlıqlara qarşı xain hücumlarında istifadə edilməməsini təmin etdik".

Qeyd edək ki, ABŞ Ticarət Nazirliyi may ayında isə Çinin 9 şirkətinin adını sanksiya siyahısına salmışdı.
 
 
 
7News.Az

RƏYLƏR