ABŞ-dan İsraili qəzəbləndirəcək addım

OXUNUB: 888 DÜNYA

ABŞ Livan ordusuna növbəti silah yardımını edib.

Silahlar Livan rəsmilərinə təqdim edilib. Təqdimetmə mərasimində ABŞ-ın Livandakı səfiri Elizabet Riçard da iştirak edib. O, bu silahların Suriya sərhədində Livanın təhlükəsizliyini təmin etmək üçün istifadə olunacağını bildirib:

"Livanın problemlərini diqqətlə izləyirik. Biz keçən ilin sonunda Beyruta 220 milyon dollarlıq silah vermişik. Bununla da Livan bizdən ən çox yardım alan 5-ci ölkə olub”.

Qeyd edək ki, İsrailin "Haaretz” qəzeti bundan öncə ABŞ-ın Livana verdiyi silahların Hizbullahın əlinə keçdiyi haqqında informasiya yayıb. Rəsmi Vaşinqton hələ də İsrail tərəfinin səsləndirdiyi iddialara cavab verməyib./axar.az

 İcmal.Az


RƏYLƏR