ABŞ-dan Türkiyəyə skandal TƏKLİF – Müdafiə naziri AÇIQLADI

OXUNUB: 881 DÜNYA

Türkiyənin müdafiə naziri Nurəddin Canikli ABŞ-ın Müdafiə naziri Ceyms Mettislə Brüsseldə keçirdiyi görüşdən sonra amerikalı həmkarıın skandal təklifi barədə danışıb.

Türkiyəli nazirin sözlərinə görə, Pentaqon rəhbəri YPG-ni PKK terror təşkilatına qarşı döyüşdürə biləcəklərini deyib.

"ABŞ-ın terror təşkilatları ilə deyil, müttəfiqi Türkiyə ilə birgə çalışmalı olduğu fikrini yenidən vurğuladıq. YPG və PKK arasındakı bağlılığı göstərən bütün məlumat və sənədləri yenidən paylaşdıq. Mettis YPG-ni PKK-dan ayıra biləcəklərini, hətta PKK-ya qarşı döyüşdürə biləcəklərini söyləyib. Biz də YPG və PYD-nin heç bir zaman PKK-dan ayırmağın mümkün olmadığını bildirdik. ABŞ-ın yanaşmasına görə, PYD və YPG-ni PKK-dan ayırsalar, bizim üçün təhlükə olmaqdan çıxacaq. Eyni zamanda, PYD və YPG-nin "Suriya Demokratik Gücləri”nin tərkibindən tamamilə təmizlənməli olduğunu ifadə etdik”, - Nurəddin Canikli vurğulayıb./publika

İcmal.Az

RƏYLƏR