ABŞ Dövlət Departamenti Qarabağla bağlı bəyanat yaydı

OXUNUB: 738 DÜNYA

ABŞ Dövlət Departamenti mətbuat xidmətinin sözçüsü Heather Nauert Dağlıq Qarabağda son zorakılıq və insan itkilərinə dair bəyanat verib. 

O, bəyanatında Amerika Birləşmiş Ştatlarının ötən həftə ərzində təmas xəttində insan itkiləri ilə nəticələnmiş atəşkəsin son vaxtlar pozulmasından dərin narahatlıq keçirdiyini vurğulayıb:

"Biz tərəfləri gərginliyi artırmaqdan çəkinməyə çağırır və təmas xəttində və Ermənistan-Azərbaycan beynəlxalq sərhədi boyunca gərginliyin azaldılması üçün tədbirlərin dərhal nəzərdən keçirməyə çağırırıq..

ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 19-da verdiyi bəyanatda tərəfləri substantiv, yaxşı niyyətlə və siyasi iradə ilə danışıqlar aparmağa çağırıblar. Həmsədrlər bu cür danışıqların münaqişənin həllində irəliləyiş gözləyən və buna layiq olan bölgə əhalisinə davamlı sülh gətirmək üçün yeganə yol olduğunu vurğulayıblar.

Birləşmiş Ştatlar tərəflərlə sıx əməkdaşlıq etməyə davam edir. Bizim, Minsk qrupunun həmsədrlərinin bölüşdüyü uzunmüddətli siyasətimiz budur ki, ədalətli həll Helsinki Yekun Aktının, xüsusən, güc (zor) tətbiq edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərinin da daxil olduğu beynəlxalq hüquqa əsaslanmalıdır". /qafqazinfo

 

İcmal.Az

RƏYLƏR