ABŞ geri addım atır? — "Carl Vinson" təyyarədaşıyanı Cənubi Koreyanı tərk edir

OXUNUB: 669 DÜNYA
Amerikaya məxsus "Carl Vinson" təyyarədaşıyan gəmisi bu həftə Koreya respublikasının şərq sahillərini tərk edəcək.

Atom gəmisi bu həftə ərzində Kaliforniya ştatı, San-Dieqo limanına qayıdacaq. Yolda təyyarədaşıyan Havay adalarında qısa dayanacaqdan istifadə edəcək.

"Carl Vinson" və onu müşayiət edən gəmilər Koreya yarımadasına aprel ayında çatıb. Təyyarədaşıyan müttəfiqlərlə hərbi təlimlərdə iştirak edib və Pxenyana əlavə təzyiq göstərən vasitə olmalı idi.

Qeyd edək ki, Pentaqon Sakit okeanın qərb hissəsinə "Nimitz" təyyarədaşıyanını göndərmək niyyətindədir.

Bununla yanaşı, Şimali Koreya yeni raket sınağı həyata keçirib. Raket Yaponiyanın iqtisadi zonasına düşüb./olke.az
 
İcmal.Az

RƏYLƏR