ABŞ hərbi gəmisi Havay yaxınlığında məhv edildi - VİDEO

OXUNUB: 656 DÜNYA

Ötən həftə Havay adaları yaxınlığında keçirilən "RIMPAC 2018” beynəlxalq təlimləri zamanı ABŞ Silahlı Qüvvələri və onların müttəfiqləri ABŞ-ın "USS Racine” desant gəmisini batırıb. 

İcmal.Az xəbər verir ki, bununla bağlı "Military” saytı məlumat yayıb. 

Gəminin "məhv edilməsi”nin görüntüləri "YouTube” və "Facebook”da paylaşılıb. Qısa müddətdə videoya yüz minlərlə insan baxıb. 

5100 ton ağırlığında olan "Racine” gəmisi 25 ildir ki, istifadə edilmir. 

Təlimlər zamanı "Racine” gəmisi əvvəlcə ABŞ "HIMARS” kompleksi vasitəsilə 100 kilometr uzaqlıqdan gəmi əleyhinə raketlə vurulub. Daha sonra gəmi "Ture 12” yapon raketi ilə "məhv edilib”.

İcmal.Az

RƏYLƏR