ABŞ hökuməti viza şərtlərini sərtləşdirdi

OXUNUB: 746 DÜNYA
ABŞ prezidenti Donald Trampın administrasiyası ölkəyə giriş hüququ verən vizaların verilməsinə dair şərtləri sərtləşdirib.

Viza almaq istəyənlər üçün nəzərdə tutulan anketa bir neçə bənd əlavə edilib.

Tənqidlərə baxmayaraq, Ağ Ev viza qaydalarına edilən dəyişikliyi təsdiqləyib.
 
Yeni qanunlara əsasən, ABŞ konsulluğunun əməkdaşları xaricilərdən əvvəlki xarici pasportun nömrəsini, sosial şəbəkələrdə səhifələrini soruşa bilərlər. Bu şəxslər son beş ildə istifadə etdikləri sosial şəbəkədəki səhifələri barədə məlumat verməlidirlər. Eyni zamanda 15 illik bioqrafiyası barədə də ətraflı məlumat verməlidir.
 
Qeyd edək ki, prezident Tramp yanvar ayının sonunda miqrasiya qanunverciliyini sərtləşdirmişdi./olke.az
 

İcmal.Az

RƏYLƏR