ABŞ Huawei şirkəti və 70 şöbəsini qara siyahıya saldı

OXUNUB: 788 DÜNYA
ABŞ Ticarət Nazirliyi Çinin Huawei şirkətini və onun 70 şöbəsini qara siyahıya salmağı planlaşdırır. 

İcmal.Az xəbər verir ki, bu haqda nazirliyin mətbuat xidməti məlumat yayıb. Çin şirkəti ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasət maraqlarına zidd fəaliyyətdə günahlandırılır. Ağ Ev sözçüsü Sara Sanders isə ABŞ prezidenti Donald Trampın bununla bağlı qərarı imzaladığını bildirib. Qərar Amerika şirkətlərinin milli təhlükəsizliyi təhdid edən ölkələrdən telekommunikasiya sistemləri almalarını qadağan edir. Konkret ölkə və ya şirkət adı açıqlanmasa da, Trampın bu addımının Çini hədəf aldığı bildirilir. 

Rəsmi Pekin isə daha əvvəl bu məsələyə münasibət bildirərək, belə bir addımının utancverici və ədalətsiz olduğunu açıqlamışdı.

İcmal.Az

RƏYLƏR