ABŞ-ın Azərbaycandakı səfirliyi “Qarabağ”ı təbrik edib

OXUNUB: 899 İDMAN

ABŞ-ın Azərbaycandakı səfirliyi "Qarabağ”ı Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olması münasibətilə təbrik edib.

 

Bu barədə səfirliyin "facebook” səhifəsində yer alan açıqlamada deyilir. "Bu, böyük nailiyyətdir! ABŞ səfirliyi "Qarabağ”a gələcək oyunlarda uğurlar arzulayır”, - deyə açıqlamada bildirilir.

 

Xatırladaq ki, "Qarabağ” ötən gün Danimarkanın "Kopenhagen” komandası ilə cavab qarşılaşmasında 2:1 uduzsa da, daha əvvəl Bakıdakı görüşdə 1:0 hesabı ilə qələbə qazandığı üçün Çempionlar Liqasının qrup mərhələsinə düşüb./apa

 

 

İcmal.Az

RƏYLƏR