ABŞ-ın neft ehtiyatları 12 ilin minimumuna düşdü

OXUNUB: 975 İQTİSADİYYAT

Son 17 həftədə ABŞ-ın strateji neft ehtiyatları 13 milyon barel azalaraq 682 milyon barelə düşüb.

İcmal.Az Bloomberg-ə istinadən xəbər verir ki, bu, son 12 ilin ən minimal göstəricisidir. 

Azalmanın səbəbi energetika nazirliyinin ilin əvvəlindən satışına razılaşdığı nefti realizə etməsidir. 

Nəzərə çatdıraq ki, Donald Tramp hökuməti ölkənin borcunu bağlamaq üçün strateji neft ehtiyatlarını bundan sonra da satmaqda qərarlıdır. Yaxın 10 ildə ABŞ 270 milyon barel neft satmağı hədəfləyib.

İcmal.Az

RƏYLƏR