ABŞ-ın Türkiyədəki səfirliyinin binası atəşə tutuldu

OXUNUB: 1794 GÜNDƏM HADİSƏ DÜNYA
ABŞ-ın Türkiyədəki səfirliyinin binası atəşə tutulub. 

Hadisə avqustun 19-dan 20-nə kecən gecə baş verib. 

Naməlum avtomobildə olan şəxslər paytaxt Ankaranın Atatürk bulvarında yerləşən diplomatik nümayəndəliyin binasına atəş açıblar. Onlar daha sonra hadisə yerindən qaçıblar. 

Güllələrdən biri səfirliyin təhlükəsizlik əməkdaşlarının olduğu binanın pəncərəsinə dəyib.  

Hadisə nəticəsində xəsarət alan olmayıb.

RƏYLƏR