ABŞ-ın yanlış zərbəsi nəticəsində bir neçə əfqan hərbçi həlak olub

OXUNUB: 696 DÜNYA

ABŞ Hərbi Hava Qüvvələrinin Əfqanıstanın Gilmənd əyalətinə endirdiyi yanlış aviazərbələr zamanı bir neçə əfqan hərbi qulluqçu ölüb.

İcmal.Az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, NATO ölkədə keçirdiyi "Qəti dəstək” əməliyyatın qərargahı faktı təsdiq edib.

"Biz təsdiqləyirik ki, Əfqanıstan hökumət qüvvələri ilə birgə fəaliyyət göstərən yerli təhlükəsizlik qüvvələrinin hərbi qulluqçuları Gilmənd əyalətinin Gereşk rayonuna endirilən zərbələrə zamanı həlak olublar”, - məlumatda deyilir.

Faktla bağlı istintaq başlanılıb.

 

İcmal.Az

RƏYLƏR