ABŞ miqrasiya haqqında qlobal sazişdə iştirakdan imtina etdi

OXUNUB: 550 DÜNYA

ABŞ 2018-ci ildə qəbulu planlaşdırılan BMT-nin miqrasiya haqqında qlobal sazişinin iştirakçısı olmayacaq.

Buna səbəb isə bu sazişin ölkənin maraqlarına cavab verməməyidir.

Məlumata əsasən, ABŞ sazişin hazırlanması prosesində 2016-cı ildə Barak Obamanın prezident olduğu müddətdə iştirak etməyi qəbul edib. Həmin zaman ABŞ 2016-cı ilin sentyab ayının 19-da qəbul olunmuş Nyu-York deklarasiyasına qoşulub.

 

ABŞ-ın BMT yanında nümayəndəliyi bildirir ki, bu saziş yeni prezidentin administrasiyasının prinsiplərinə və ABŞ-ın miqrasiya siyasətinə uyğun deyil./trend

İcmal.Az

RƏYLƏR