ABŞ ordu naziri postuna ikinci namizəd vəzifədən imtina edib

OXUNUB: 942 DÜNYA

ABŞ prezidenti Donlad Tramp tərəfindən Ordu naziri postuna namizədliyi irəli sürülən Tennesi ştatının senat üzvü Mark Qrin namizədliyini geri götürüb. 

İcmal.Az TASS-a istinadən xəbər verir ki, öz qərarı haqqında Qrin jurnalistlərə bəyan edib. 

"Təəssüf ki, ordu naziri vəzifəsinə namizədliyimi geri götürürəm”, - onun sözlərini CNN teleşirkəti sitat gətirib.

KİV və bir sıra demokratlar tərəfindən tənqidə səbəb əsasən, Qrinin transgenderlərə dair sözləri olub. "Psixiatrlardan soruşsanız onlar transgenderliyin xəstəlik olduğunu deyərlər”, - senator bəyan etmişdi. O, həmçinin eynicinsli nikahların əleyhinə çıxış edir. 

Fevralda ordu naziri vəzifəsini tutmaqdan amerikalı sərmayəçi-milyarder Vinsent Viola imtina etmişdi, səbəb isə onun özəl və dövlət maraqlarının potensial münaqişəsinin mümkünlüyü idi. 

 

İcmal.Az

RƏYLƏR