ABŞ polisi "Sabah Floridanın ikinci raundudur" - sözlərini yazan məktəblini həbs edib

OXUNUB: 529 DÜNYA

ABŞ-da polis məktəblini həbs edib.

Bu barədə "WAFB" məlumat yayıb.

Bildirilir ki, hadisə Cənubi Karolinada, orta məktəbdə baş verib. Buna səbəb məktəblilərdən birinin silahla şəkil çəkdirərək, "Sabah Floridanın ikinci raundudur" sözlərini yazması olub. O, polis tərəfindən həbs olunub.

Bəzi internet istifadəçiləri bildiriblər ki, yeniyetmə oxşar zarafat üçün çox pis vaxt seçib. Digərləri hesab edir ki, o, dərhal səlahiyyətli orqanlar tərəfindən yoxlanılmalıdır.

Qeyd edək ki, fevralın 14-də ABŞ-da 19 yaşlı oğlan məktəblilərə atəş açıb. Nəticədə 17 nəfər ölüb. /report


 

İcmal.Az



RƏYLƏR