ABŞ prezidenti keçmiş FTB direktorunu ittiham etdi: "O, qorxaqdır"

OXUNUB: 673 DÜNYA
ABŞ prezidenti Donald Tramp keçmiş FTB direktorunu ittiham edib.


Tramp Ceyms Komini qorxaq adlandırıb. Tramp deyib: "Düşünürəm ki, Ceyms Komi tərəfindən məlumat sızdırılması düşünüldüyündən də geynişmiqyaslı olacaq. Tamamilə qanunsuzdur? Çox qorxaqcasınadır!"

FTB-nin keçmiş direktoru 7 iyun tarixində ABŞ Senatının kəşfiyyat komitəsinə Trampla bağlı söhbətlərinə dair yazılı ifadə verib. Kominin sözlərinə görə, prezident ondan Rusiya ilə mümkün əlaqələr və Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinin tədqiqatını dayandırmağı xahiş edib.

Bundan başqa Komi bildirib ki, baş prokuror Ceff Seşns üç dəfə Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə görüşüb. O, eyni zamanda bəyan edib ki, Trampın danışıqlarının mətbuata sızmasını təşkil edib. Bununla da öz istefasından sonra Tramp administrasiyasının Rusiya əlaqələrinin istintaqının davamına nail olmaq istəyib./olke.az
 
İcmal.Az

RƏYLƏR