ABŞ səfiri: Qarabağ münaqişəsinin dinc yolla həlli vacibdir

OXUNUB: 773 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli vacibdir".

İcmal.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-in Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O qeyd edib ki, ABŞ münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır: "Prezidentlərin sonuncu görüşü ilə bağlı həmsədrlərin xarici işlər nazirləri ilə birgə bəyanatı olub. Biz bu prosesi dəstəkləyirik. Hər iki ölkənin rəsmiləri arasında görüşün baş tutmasına öz köməyimizi, dəstəyimizi göstəririk, bu iş davam edir. Eyni zamanda, bu münaqişənin dinc yolla həlli üçün öz dəstəyimizi davam etdiririk. Hesab edirik ki, münaqişənin dinc yolla həlli vacibdir".

İcmal.Az

RƏYLƏR