ABŞ Şimali Koreyanı hədələdi — Şimali Koreya xəritədən silinə bilər

OXUNUB: 631 DÜNYA
ABŞ və Şimali Koreya arasında gərginlik davam edir.
Pentaqon rəhbəri Ceyms Mettis yeni açıqlama verib. Açıqlamaya əsasən Şimali Koreyanın ABŞ və ya müttəfiqlərindən birinə hücum etməsi çox böyük hərbi cavabla nəticələnəcək.

Jurnalistlərin suallarına cavab verən Mettis deyib: "ABŞ və ya ona bağlı torpaqlara, ya da müttəfiqlərə hər hansı bir təhdid çox böyük hərbi bir cavab alacaq. Bu cavab həm təsirli, həm də əzici olacaq. Şimali Koreya adlı ölkəni xəritədən silmək məqsədimi yoxdur. Amma bunu etmək üçün variantlarımız çoxdur".

Mettis bildirdi ki, bir çox hərbi versiya var və prezident Tramp bunlar haqqında məlumat əldə etmək istəyir./olke.az
 
İcmal.Az 

RƏYLƏR