ABŞ Suriya, İran və Şimali Koreya əleyhinə sanksiyalar hazırlayır

OXUNUB: 681 DÜNYA
ABŞ hökumətinin maliyyə qurumu Şimali Koreya, İran və Suriya əleyhinə geniş sanksiyalar hazırlayır.

Bu barədə ABŞ-n maliyyə naziri Stiven Mnuçin məlumat verib.

Nazir deyib: "Əlimizdə olan hər şeydən istifadə edəcəyik ki, İran, Suriya və Şimali Koreya əleyhinə əlavə sanksiyalar tətbiq edək. Bizim məqsədimiz amerikan həyatını qorumaqdır". 

Mnuçin hazırda "Boeing" və "Airbus" şirkətlərinin lisenziyasını tətdiq edir. Bu lisenziyalar şirkətlərə İrana avia layner satmaq üçün lazımdır.

Konqresdə dinləmələrdə çıxış edən maliyyə naziri bildirib ki, iqtisadi sahədə nəzərdə tutulan yeni sanksiyalar hər üç ölkənin rejiminə təzyiq etmək məqsədi ilə nəzərdə tutulub./olke.az

 İcmal.Az

RƏYLƏR