Abşeron Polis rəisi Şəhriyar Şəmşirlidən nümunəvi addım - HƏR KƏS BU ƏHVALATI DANIŞIR

OXUNUB: 2282 MARAQLI Önəmli SOSİAL
7NEWS.az xəbər verir ki, Qubanın keçmiş polis rəisi Şəhriyar Şəmşirli polis şöbəsinə qayıdarkən görüb ki, kalidorda bir azyaşlı uşağı polis əməkdaşları danlayırlar. Şəhriyar Şəmşirli uşağı otağına çağırır və sorğu sualdan sonra məlum olub ki, uşaq aptekdən dərman istəyib və əzzaçı ona dərmanı verən kimi pulu verməmiş aradan çıxıb. Bu hal 2-ci dəfə baş verdiyinə görə, aptek sahibi uşağı polisə verib. Polis rəisi isə uşaqdan soruşur ki, niyə oğurluq edirsən, axı yetkinlik yaşına çatmamısan?! Olmaz, cinayətdir! 
Uşaq rəisə deyib ki, anam ağır xəstədir, yoxsa oğurluq etməzdim. 
Rəis dərhal müstəntiqi çağıraraq əmr edib ki, uşağın evinə getsinlər və araşdırsınlar ki, həqiqətənmi uşağın anası xəstədir. Evə gedən polis əməkdaşı qayıdaraq polis rəisinə bildirirlər ki, həqiqətən aptekdən oğurluq edən uşağın anası ağır xəstədir. Bunu eşidən polis rəisi Şəhriyar Şəmşirli uşağa 200 manat pul verir və hər ay da 200 manatın veriləcəyini bildirir. Evinə isə bütün tibbi dəranların xərclərini ödəyərək uşağı azad edib. Hal hazıra kimi Şəhriyar Şəmşirli həmin ailəyə ayda 200 manat pul ödəyir. 
Şəhriyar Şəmşirli indi Abşeron rayonun polis rəisidir. Məlumat üçün qeyd edək ki, Abşeronda sabitliyi bərpa edən bu şəxs Azərbaycanı dünyaya tanıdan Aşıq Şəmşirin nəvəsidir.
Səbuhi ABBASOV
 
İcmal.Az

RƏYLƏR