Abşeron təhsilində özbaşınalıq

OXUNUB: 836 Özəl SOSİAL
Abşeron məktəblərində müxtəlif adlar altında pul yiğma kanpaniyası rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən aparılır

Abşeron rayonundan "Vetenperverler.az” xəbər portalına daxil olan məlumata görə, rayonun bütün ümumtəhsil məktəblərində şagirdlərə məcburi gündəliklər satılır. Maraqlı məqam budur ki, həmin gündəliklər məktəbli mağazalarında 1 manat olduğu halda, Abşeron məktəblərində məcburi qaydada 1.70 manata satılır. Məktəblərdə satılan gündəliklərin arxasında Abşeron rayonu barəsində bir foto şəkil yerləşdirilib və şagirdlərə deyilir ki, növbəti tədris ilində hamı bu gündəlikdən istifadə etməlidir. Mağazalardan alınan gündəliklərin istifadəsinə icazə verilməyəcək. Şagirdlər də həmin gündəlikləri bazar qiymətindən baha – 1.70 manata almaq məcburiyyətində qalırlar.
Bundan başqa Abşeron məktəblərində şagirdlər arasında summativ (qiymətləndirmə) keçirilir. Bunun üçün isə hal-hazırda şagirdlərin hər birindən 3 manat məbləğində pulyığma konpaniyası aparılır. Nəzərə alsaq ki, Abşeron rayonunda 39 məktəb var və həmin məktəblərdə 50 min şagird təhsil alır, onda yiğılan məbləğin 150 min manat edir. Maraqlıdir, görən bu məbləğ kimlərin cibinə gedir. 
Bu məsələ barəsində Təhsil Nazirliyinə müraciət etdikdə, oradan Abşeron məktəblərində keçiriləcək qiymətləndirmədən bixəbər olduqlarını bildirdilər.
"Vetenperverler.az” xəbər portalı olaraq mövzünu diqqətdə sağlayacariq və araşdirmamızı davam etdirəcəyik. Eyni zamanda Abşeron rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədovanın da mövqeyini dilləməyə hazırıq.

İcmal.Az
 
 
 
 

RƏYLƏR