Abşeronda müəllimlər 2 aydır maaş almır

OXUNUB: 14 SOSİAL

Abşeron rayonunda 2 aydan çoxdur ki, müəllimlərin maaşı verilmir. 

İcmal.Az xəbər verir ki, müəllimlər Qafqazinfo-ya müraciətlərində bu barədə məlumat veriblər.

Onlar bildiriblər ki, dərs ili başlayandan müəllimlərin maaşları verilmir.

Məsələ ilə bağlı Abşeron Rayonu Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova ilə əlaqə saxlanılıb. O bildirib ki, maaşların gecikdirilməsi tarifləşmə və dərs bölgüsünün təsdiqi məsələsi ilə bağlıdır: "Hazırda regional şöbə sənədləri yoxlayır. 2-3 günə maaşların verilməsi nəzərdə tutulub. Biz özümüz də narahatıq ki, müəllimlər əməkhaqqı almır. 

Qeyd edək ki, Sumqayıt məktəblərində çalışan müəllimlərin də eyni problemlə üzləşdiyi bildirilir.

İcmal.Az

RƏYLƏR