Abşeronda piyada keçidi ilə hərəkət edən gənc qızı maşın vurub - FOTO

OXUNUB: 702 HADİSƏ

 Ötən gecə Abşeron rayonunun Müşviqabad qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şamaxı-Bakı yolu ilə hərəkət edən "99-GC-706” dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobili idarə edən Məmmədov Ağaəsgər Ağaibrahim oğlu piyada zolağı ilə hərəkət edən təxminən 20-25 yaşlı qızı vurub.

Sürücü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər vəziyyəti ağır olduğu üçün onu xəstəxananın Reanimasiya şöbəsinə köçürüblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinə məlumat verilib./report

 


İcmal.Az

RƏYLƏR