Abşeronda qardaş qardaşa 9 bıçaq zərbəsi vurub

OXUNUB: 676 HADİSƏ

Ötən gecə Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sulutəpə qəsəbəsində 1958-ci il təvəllüdlü Ağayev Əlizadə Mirağa oğlu qardaşı ilə mübahisə edib.

Əlbəyaxa dava zamanı qardaşı Ə.Ağayevə qarnının ön divarına və döş qəfəsinə 9 bıçaq zərbəsi vurub. Xəsarət alan şəxs xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır./report

İCMAL.AZ

RƏYLƏR