Abşeronda yaşlı kişi yanğın zamanı ölüb

OXUNUB: 642 HADİSƏ

Abşeron rayonunun Məmmədli kəndində ümumi sahəsi 25 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

İcmal.Az FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1954-cü il təvəllüdlü Əlövsətov Əlövsət Məmməd oğlunun cəsədi aşkar olunub.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

İcmal.Az

RƏYLƏR