Abşeronun tender qalibləri, alınan “Tərəqqi” medalları və təmirsiz yolları

OXUNUB: 1003 GÜNDƏM Özəl HADİSƏ

"Tenderlər keçirilən zaman icra başçısı özündən başqa kimi istəsə komissiyanın tərkibinə daxil edə bilər. O şəxs icra başçısının müavini də ola bilər. Qaliblər Tender Agentliyinin əməkdaşıyla birgə seçilir. Müəssisənin kimə məxsus olduğunu Tender Agentliyinin əməkdaşları ilk baxışdan bilməyə də bilər. Qanunvericilikdə də yetərincə boşluqlar var”.


Dövlət Satınalmaları Agentliyinin keçmiş əməkdaşı, iqtisadçı Vüqar Hüseynov belə deyir.


Bəzi tender qalibləri var ki, onların özləri belə bundan xəbərsiz olurlar. Abşeron rayonundakı yataqxanalardan birində yaşayan, məcburi köçkün Sadə Əmirxan qızı Vəliyeva kimi.


Sadə Vəliyeva bir gün kiçik və orta sahibkarların problemlərinin həll olunacağına ümid edir. Problemlərindən danışmasa da, dövlət tenderlərində iştirak etməsiylə bağlı suala belə cavab verib: "Bizim eləcə seximiz var. Özüm də fiziki şəxsəm. Heç vaxt da tenderdə iştirak etməmişəm”.


Saray qəsəbəsi, Vaqif Axundov 11 ünvanında qeydiyyatda olan müəssisələrdən biri "Xəyal LTD 2016” MMC-dir (vöen: 3101726001). Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Sadə Əmirxan qızı Vəliyevadır. Bu müəssisə 2016-cı ildə Abşeron Rayon İcra Hakimiyyətinin sifarişini həyata keçirib. Belə ki, MMC Xırdalan şəhər inzibati ərazi dairəsi üzə icra nümayəndəliyinin elan etdiyi ərzaq məhsullarının (çörək) satın alınması müsabiqəsini udub. Müsabiqənin məbləği 62 000 manat olub.

 

İcmal.Az

RƏYLƏR