Ağcabədidə avtomobil körpüdən kanala düşdü, yaralı var - VİDEO

OXUNUB: 736 HADİSƏ

Ağcabədidə minik maşını Qarabağ su kanalına düşüb.

Hadisə rayonun Təzəkkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21011" markalı avtomobilidarə etməni itirərək körpüdən aşıb və su kanalına düşüb.

Hadisə zamanı sürücü Məmmədov Seymur İnqilab oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobil xüsusi texnika vasitəsi ilə su kanalından çıxarılıb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır. /report

İcmal.Az

RƏYLƏR