Ağcabədidə nizamnamə kapitalı 17 milyon manat olan kompleks yaradıldı

OXUNUB: 908 İQTİSADİYYAT

"Ağcabədi Olimpiya İdman Kompleksi” MMC dövlət qeydiyyatına alınıb.

İcmal.Az "Vergilər” qəzetinin xüsusi  buraxılışına istinadən xəbər verir ki, mayın 24-də dövlət qeydiyyatına  alınan Kompleksin nizamnamə kapitalı 17 mln. 412 min 728 manat təşkil edir.

Hüquqi ünvanı Ağcabədi rayonu, S.Vurğun, ev  220-də yerləşən kompleksin qanuni təmsilçisi Əyyub Həsənovdur.

İcmal.Az

RƏYLƏR