Ağcəbədidə yük maşını ağaca çırpılıb, xəsarət alan var

OXUNUB: 486 HADİSƏ
Ağcəbədi rayonunun Hacıbədəlli kəndində "Shacman” markalı yük avtomobili yol kənarındakı ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

RƏYLƏR