“Acından ölən” ermənilər Xocavənddə yaşayış binaları tikir - FOTOLAR

OXUNUB: 514 HADİSƏ

Qondarma separatçı-terrorçu erməni rejimi Ermənistanın  Şimaldakı, Cənubdakı, Qərbdəki xarici himayədarlarının hərbi-siyasi, iqtisadi dəstəyi ilə Azərbaycanın işğal altındakı torpaqlarında məskunlaşdırma və quruculuq işlərini davam etdirirlər.

 

İcmal.Az moderator.az-a istinadən xəbər verir ki, Xankəndidəki erməni nəşrlərinin yaydığı məlumata görə,  separatçı rejimin "dövlət naziri” sayılan Qriqori Martirosyan ad-soyadlı adamabənzər məxluq 27-ci ildir işğal altında qalan Xocavənd rayon mərkəzindəki yeni yaşayış komplekslərindən birinin tikinti meydançasına baş çəkib. Dördmərtəbəli yeni binalarda torpaqlarımızda gəbərmiş işğalçı həbçilərin, 1-ci qrup əlillərin ailələrinə pulsuz, digər gənc ailələri isə güzəştli ipoteka ilə mənzillər veriləcək. "Acından ölən” hesab etdiyimiz ermənilərin separatçı "naziri” yeni binaların zirzəmilərində hava hücumundan mülki sığınacaqların tikintisi ilə də maraqlanıb...

 

 

 

İcmal.Az

 

RƏYLƏR