Acundan “O Səs Türkiyə” ilə bağlı hər kəsi ÇAŞBAŞ SALACAQ QƏRAR

OXUNUB: 1120 ŞOU-BİZNES

Acun Ilıcalı yeni mövsümə iddialı bir transferlə başlamaq niyyətindədir.

 İcmal.AzTürkiyə mətbuatına istinadən xəbər verir ki, Beyazıt Öztürk "O Səs Türkiyə" komandasına qoşulub.

İki gün əvvəl TV8 kanalında "Bomba 1-2 transferimiz var, amma indi açıqlamaq istəmirəm", - deyən Acunun sürprizi bəlli olub. Məlum olub ki, "Bəyaz Show" proqramı ilə tanınan Beyazıt Öztürk "O Səs Türkiyə"də həm aparıcılıq, həm də münsiflik edəcək.

Acun sürpriz transferlə bağlı bunları deyib: "Beyaz həm münsif, həm də aparıcı ola bilər. Hansı mövqedə olacağına gələn həftə görüşüb birlikdə qərar verəcəyik. Mənim üçün Beyazın "O Səs Türkiyə” ailəsində olması əhəmiyyətlidir. Çünki o, Türkiyənin ən önəmli şoumenlərindən biridir. İnanıram ki, bu il "O Səs Türkiyə” tamamilə başqa bir ab-havada olacaq. Onun studiyada olması məni indidən həyəcanlandırır".

İcmal.Az

RƏYLƏR