Adam öldürməyə cəhd edən qardaşlara 25 il iş verildi

OXUNUB: 610 HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Kamran və İmran Yusifzadə qardaşlarına hökm oxunub.

Hakim Səbuhi Hüseynov icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə K.Yusifzadə 13, İ.Yusifzadə 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

Hadisə ötən il Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində, "Hövsan" marketin qarşısında yerləşən bərbərxanada baş verib. Qardaşlar mübahisə etdikləri Rəhman Səlimovu bıçaqlamaqda ittiham ediliblər. Bu hadisədən öncə isə R.Səlimov K.Yusifzadəni bıçaqlayıbmış.

İcmal.Az

RƏYLƏR